EN

"BƏDBƏXT OĞLU, SƏN ÖLÜRSƏN EEE..." - Rəsul Quliyev + VİDEO

"Bu insanları yerində otirtmaq lazımdır"

“Azərbaycan Rusiyaya qarşı kəskin siyasət aparır. Rus evinin bağlanması və s. burada əsla qorxmaq lazım deyil. Rusiya orada yaşayan azərbaycanlı biznesmenlərə heç nə edən deyil. Onsuz da Rusiyada olan azərbaycanlı biznesmenler "rusfason" şeydilər. Onlara heç azərbaycanlı belə demək düzgün deyil. ...

“AzPolitika” xəbər verir ki, bu fikirləri eks-spiker Rəsul Quliyev “Tv Musavat”ın efirində son günlər kəskinləşən Azərbaycan- Rusiya münasibətlərindən danışarkən deyib

R. Quliyev hazırda Rusiyanın acınacaqlı bir vəziyyətdə olduğunu qeyd edib və Azərbacyanın bu istiqamətdə yürütdüyü siyasətin doğru olduğunu vurğulayıb.

“İnsanda bir az qanacaq, tərbiyə olar. 320-330 milyon əhalisi olan sovet Rusiyası dağıldı. İndi onun 146 milyonu qalıb səndə. İndi də getdikcə azalırsan. Bədbəxt oğlu, sən artıq ölürsən eee... Rusiyadakı artım da müsəlmanlara görədi. Rusların artımı dayanıb. Ona görə də, düşünürəm ki, bu məsələdə dövlətin apardığı siyasət çox düzgündür. Əsl şücaət göstərir, qorxmur. Arxasında da Türkiyə kimi qüdrətli dövlət dayanıb.Həmçinin bütün İaləmi də - Pakistan, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın yanındadır”,-deyə o, qeyd edib.

Daha ətraflı videoda:

Chosen
13
1
azpolitika.info

2Sources