Fransa Tennis Federasiyasının keçmiş prezidenti Jan-Pyer Dartevel 10 il müddətinə azadlıqdan məhrum edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Le Parisien" yayıb.
Məhkəmədə 74 yaşlı keçmiş prezident idmançı qıza təcavüzdə ittiham edilib.
O, bunu 2016-cı ilin sentyabrından 2018-ci ilin martına qədər olan dövrdə, zərərçəkənin 17-19 yaşı olarkən həyata keçirib.