EN

Sabah HƏMAS üç israilli girovu azad edəcək

HƏMAS atəşkəs razılaşmasının bir hissəsi olaraq üç israilli girovu sabah azad edəcəyini açıqladı.

"Cebheinfo.az" xəbər verir ki,  HƏMAS rəsmisi bildirib ki, azad ediləcək girovlar arasında ABŞ və İsrail vətəndaşı Saqui Dekel-Çen də var.

İranın dəstəklədiyi “İslami Cihad” qruplaşması isə Rusiya və İsrail vətəndaşı Aleksandr Saşa Troufanovun azad edəcəyini açıqlayıb.

Xatırladaq ki, HƏMAS bazar ertəsi İsrailin razılaşmanın bəzi şərtlərinə əməl etmədiyini bildirərək girovları azad etməyi dayandıracağını bildirmişdi.

42 günlük atəşkəs rejimini təhlükə altına qoyan bəyanatdan sonra İsrail, girovların nəzərdə tutulan gündə azad edilmədiyi təqdirdə müharibəni yenidən başlayacağı ilə hədələyib.

Bunun ardınca HƏMAS müəyyən edilmiş qrafikə uyğun olaraq girovları azad etməyə davam edəcəyini açıqlayıb.

Chosen
15
cebheinfo.az

1Sources