Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, Ukraynaya dəstək Avropa ehtiyatlarının tükənməsinə gətirib çıxarıb.
KONKRET.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəhbəri bunu İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib:
“Müdafiə sənayesi niyə hasilatı artırmır, yeni fabriklər haradadır?. Bu sualların cavabı odur ki, onlara pul göstərmirik. Pul ver dərhal fabrikləri tikəcəklər. Ukraynanya dəstək hamıya göstərdi ki, ehtiyatlar tükənib. İndi bu boşluğu doldurmalıyıq ”.
Vəli Həsənoğlu,
KONKRET.az