EN

MSK bələdiyyə seçkilərinin nəticələrini elan etdi

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib.

Viral.az xəbər verir ki, yekun nəticələrə əsasən 681 bələdiyyənin tam tərkibdə formalaşması, 1 bələdiyyənin isə tam tərkibdə formalaşmadığı qərara alınıb.

09:18

Son Yazılar:

***

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Viral.az “Report”a istinadla xəbər verir ki, iclasda bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı məlumat veriləcək və təsdiqlənəcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçkilərin yekunlarının yoxlanılması və təsdiqi Seçki Məcəlləsinə uyğun olaraq səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni 2025-ci il fevralın 18-dək başa çatdırılmalıdır.

Seçkilərin yekunlarının elan edilməsi isə qanunvericilikdə göstərildiyi kimi, seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində, yəni 2025-ci il fevralın 23-dək həyata keçirilməlidir.

Hər iki prosedur üzrə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.

Chosen
56
16
viral.az

10Sources