EN

Enrike onu bəyənmir – yayda yeni transfer olacaq

PSJ yay transfer dönəmində heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisində bu mövqeyə əsas namizədlər “Milan”dan Mayk Menyan və “Lill”dən Lukas Xevalyedir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Paris klubunun hazırkı qapıçısı Canluici Donnarummanın performansı baş məşqçi Luis Enrikeni qane etmir. Mütəxəssis artıq yeni qapıçı axtarışları haqda klub nümayəndələrini məlumatlandırıb.

Donnarumma bu mövsüm Liqa 1-də 17 oyunda 16 qol buraxıb.

Chosen
19
futbolpress.az

1Sources