EN

Xəstəxanadan nəhəng ilan çıxdı - FOTO

Malayziyada xəstəxana otağında sürünən nəhəng piton tapılıb.

 

Oxu24.com bu barədə Mirror nəşrinə istinadən  xəbər verir.

 

Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaların birində qeyri-adi hadisə baş verib.

 

Xəstəxana palatasında uzunluğu iki metrdən çox və qalınlığı insan qolu qədər olan nəhəng piton tapılıb. Xoşbəxtlikdən  otaqda xəstələr olmayıb.

 

Yerli sakinlər hadisəyə yumorla reaksiya veriblər. Onlardan biri ilanı “tozsoran şlanqı”na bənzədib, digəri isə zarafat edib ki, xəstə “palatadan qaçmaq üçün” ilana çevrilib.

Xəstəxanadan əlavə ediblər ki, pitonun palataya necə düşdüyünü hələ bilmirlər, lakin məsələ ilə bağlı daxili araşdırma aparacaqlar.

Miri

 

Chosen
8
oxu24.com

1Sources