EN

Papa Fransisk xəstəxanaya yerləşdirilib

Katolik ruhani lideri çətin dövrlərdən keçir.

Qocalığı ilə yanaşı bronxitdən də əziyyət çəkən Papa Fransisk dünən yenidən xəstələnib.

Papanın müayinə və müalicə üçün Romadakı bir xəstəxanaya aparıldığı öyrənilib.

Vatikan Papa Fransiskin vəziyyəti ilə bağlı açıqlama verib.

Açıqlamada Roma Papası Fransiskin bronxit xəstəliyinin davam etdiyinə görə müayinə və müalicə üçün Romadakı xəstəxanaya aparıldığı bildirilib.

Son günlər nəfəsinin kəsildiyi və çıxışları səlahiyyətlilərə oxunduğu bildirilən 88 yaşlı Fransisin müalicəsinin xəstəxana mühitində davam etdiriləcəyi qeyd olunub.

Chosen
27
aznews.az

1Sources