EN

"Fransanın Azərbaycana qarşı olan mənfi münasibətinin kökündə onların ermənispərəst mövqeyi dayanır" - AÇIQLAMA

"Fransanın Azərbaycana qarşı olan mənfi münasibətinin kökündə onların ermənispərəst mövqeyi dayanır" - AÇIQLAMA44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası COP29 ərəfəsində daha çox artdı. Ölkəmizə qarşı başladılan təxribatların başında Fransa durur. Hazırda regionda növbəti müharibə qığılcımlarını yaratmaq üçün Ermənistanı silahlandırmağa davam edir. Fransanın regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımları davam edərsə Azərbaycan-Fransa arasında diplomatik əlaqələrə son qoyula bilərmi?

Deputat Mahir Süleymanlı bu barədə Sonxeber.az -a danışıb:

"Bildiyiniz kimi, böyük qələbədən sonra Fransa və bəzi Avropa ölkələri Azərbaycana qarşı məlum kompaniyaya start verib. Fransanın Azərbaycana qarşı olan mənfi münasibətinin kökündə onların ermənispərəst mövqeyi dayanır. Çünki, Makron höküməti Azərbaycana qarşı 44 günlük müharibədən sonra çox mənfi bir yol gedir. Ümid edirik ki, gələcəkdə bu problemlərin həlli üçün əməli addımlar atılacaq. Çünki, prezidentimizin də dediyi kimi Azərbaycan çox müstəqil və məqsədyönlü siyasət yürüdür. Heç bir ölkə ilə münasibətlərinin korlanmasını istəmir. Hər zaman istər qonşuları ilə, istərsə də digər Avropa ölkələri ilə uğurlu xarici siyasət keçirməkdə qərarlıdır. Sadəcə Fransa kimi ermənipərəst mövqedə dayanan ölkələr müharibədən sonra Ermənistanın tərəfində duraraq Azərbaycana qarşı heç düzgün olmayan bir mövqe sərgiləyirlər. Bunların da kökündə paxıllıq dayanır. Çünki Azərbaycan kiçik və gənc bir ölkə olmasına baxmayaraq çox böyük qələbə qazanıb. Öz gücünə bütün torpaqlarını işğaldan azad edib. Öz suverenliyini tam şəkildə bərpa edib. Təbii ki, bu, bir çox böyük Avropa ölkələrinin xoşuna gəlmir. Biz ümid edirik ki, Fransa gələcəkdə öz mövqeyini dəyişəcək və Azərbaycanla uğurlu əlaqələri genişləndirəcək. İki ölkə arasında diplomatik əlaqələrin davam edib, etməyəcəyinə gəldikdə isə bu gələcəkdə Fransanın aparacağı siyasətdən asılı olan bir məsələdir".

Chosen
8
sonxeber.az

1Sources