EN

Bəşər Əsədin arvadı və qızı Suriyadan necə qaçıb?

Bəşər Əsədin 23 yaşlı oğlu Hafiz Əsəd adının açıqlanmasını istəməyən Rusiya rəsmisinin təklifindən sonra ailəsinin Dəməşqdən Moskvaya uçması haqda danışıb.Bakupost.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.Telekanal qeyd edir ki, Hafiz Əsəd əvvəlcə X sosial şəbəkəsindəki səhifəsində hekayəni dərc etsə də, platforma sonradan həmin paylaşımı silib.Bəşər Əsədin oğlu qeyd edib ki, devrilmə ərəfəsində Suriya prezidentinin ailə üzvləri Moskvada olub.Onun anası Əsma Əsəd Moskva klinikalarından birində sümük iliyi transplantasiyasından sonra müalicə alırmış.Həmçinin prezidentin qızı Zeyn və Moskva Dövlət Universitetində dissertasiya müdafiə edən Hafiz Əsədin özü də həmin vaxt Rusiyada olub.Dekabrın 1-də Hafiz Dəməşqə qayıdıb, bunu Əl-Mühacirin bölgəsindəki Əl-Nairabain parkında çəkdiyi fotosu da təsdiq edir.Lakin artıq dekabrın 8-nə keçən gecə adı açıqlanmayan bir Rusiya rəsmisi prezident sarayına gəlib və Əsədə Dəməşqi tərk etməyi tövsiyə edib.Suriya prezidenti Hmeymimdəki Rusiya hərbi bazasına çatanda ölkədə vəziyyət xeyli pisləşmişdi. Hərbçilər Əsədi ölkəni tərk edərək Rusiyaya getməyə inandırıblar.

Chosen
8
2
turanpress.com

3Sources