Azərbaycan Premyer Liqasının XXIII turunda keçiriləcək Neftçi” – “Qarabağ” matçına bilet satışı davam edir.
Futbolpress.az xəbər verir ki, “Neftçi Arena”da keçiriləcək ölkə derbisinə 2 gün qalmasına baxmayaraq, artıq 4500 bilet satılıb.
Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, qarşılaşma fevralın 16-sı saat 19:00-da baş tutacaq.