EN

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatova, 66 kiloqramda mübarizə aparan Elşad Əsədov isə özbəkistanlı Azizbek Ortikova qalib gələrək fəxri kürsüyə qalxıblar.

60 kiloqramda yer alan digər Azərbaycan cüdoçusu Balabəy Ağayev isə bürünc medal uğrunda qarşılaşmada belçikalı Yorre Verstratenə uduzub.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.

Chosen
10
5
azertag.az

6Sources