EN

Əhməd Yusifov: "Qızıl medal arzusunda idim"

“Bürünc medaldan razıyam, amma daha yüksək nəticə gözləyirdim”.

İdman.biz xəbər verir ki, bunu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində fəxri kürsüyə yüksələn azərbaycanlı cüdoçu Əhməd Yusifov (60 kq) deyib.

Bürünc mükafatçı üçünçülük görüşündə Dilşod Xalmatova qarşı döyüşdən danışıb: “Onunla iki il əvvəl Zaqreb Qran-prisinin finalında qarşılaşmışdım və uduzmuşdum. İndi rəqibə eyni üsulla qalib gələ bildim. Turniri belə bir nəticə ilə başa vurmaq çox xoşdur”.

Yusifov “Böyük Dəbilqə”də yarımfinaldalı məğlubiyyətinə də aydınlıq gətirib: "İki il əvvəl Daşkənddə keçirilən analoji turnirdə bürünc medal qazanıb. “Bürüncdən razıyam, doğma azarkeşlər qarşısında fəxri kürsüdə yer almaq çox xoşdur. Amma mən qızıl uğrunda mübarizə aparmaq istəyirdim. Amma yarımfinalda yapon Taiki Nakamura ilə qarşılaşmada etdiyim səhv ümidlərimin üstündən xətt çəkdi”.

Qeyd edək ki, yığmamız yarışın ilk günündə 2 medal qazanıb.

İdman.biz

Chosen
23
idman.biz

1Sources