EN

HAMAS sabah azad edəcəyi 3 girovun adını AÇIQLADI

HAMAS İsraillə razılaşma çərçivəsində fevralın 15-də azad edilməsi planlaşdırılan 3 israilli girovun adını açıqlayıb.

Milli.Az  xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edilib ki, Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Horn sabah azad ediləcək. Sagi Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Bu, İsrail-HAMAS arasında girov-məhbus mübadiləsinin 6-cı raundu olacaq. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib. /APA

Milli.Az

Chosen
5
1
milli.az

2Sources