Amerikalı qadın maraqlı arzusu ilə dünya mediasının gündəmini zəbt edib.
Oxu24.com xəbər verir ki, qadın bütün həyatı boyu həbsxanaya düşmək arzusunda olub və arzusunu həyata keçirmək üçün 104 yaşını həbsxanada qeyd edib.
Bu barədə The New York Post məlumat yayıb.
İndi Loretta adlı qadın yalnız əlil arabasında hərəkət edə bilir və qocalar evində yaşayır.
Həbsxanaya səfəri zamanı ona tort təqdim olunub və şərəfinə ziyafət verilib.
Qadın əlinə qandal taxmağa çalışıb və kamera görüntüləri ilə ekrana baxıb.
ABŞ-da əhalinin cəmi 0,027%-i 100 yaşa qədər yaşayır və yüz yaşı olanların 85%-i qadınlardır.
Nigar