EN

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib.

"Far.Az"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Azərreyl" "Milli Aviasiya Akademiyası"nı 3:1 hesabı ilə məğlub edib. Ardınca isə "Murov Az Terminal" UNEC-i 3:0 hesabı ilə üstələyib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qeyd edək ki, XI tura sabah baş tutacaq "Gəncə" - "Abşeron" görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə İdman Sarayında reallaşacaq.

Chosen
10
7
far.az

10Sources