Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Hərəkətdə olan "TOFAŞ" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.