EN

Randal Kolo Muani A Seriyası ilə Liqa 1-i müqayisə etdi

PSJ-nin “Yuventus”da icarə əsasında çıxış edən fransalı hücumçusu Randal Kolo Muani İtaliya A Seriyası ilə Fransa Liqa 1-i müqayisə edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, fransalı hücumçunun bu barədə fikrini təqdim edir:

“Hər şey çox yaxşı gedir, mən burada olmaqdan çox şadam. Məni isti qarşıladılar, sanki böyük bir ailə olaraq. Mən məşqçi ilə söhbətləşdim, kapitanlarla danışdım, bütün yeni komanda yoldaşlarımla münafibət qurub-yaratdım. Bu, Fransa Liqa 1 ilə müayisədə böyük dəyişiklikdir, belə ki, burada daha da səylə çalışıb-vuruşurlar, hər şey daha da sərtdir, futbol üslubu isə çox taktikidir”.

“Yaxşı debütümə şadam”

Kolo Muani Turin klubundakı uğurlu debütünə də toxunub:

“Mən yaxşı debütümə şadam. Komanda yoldaşlırım mənə yaxşı xidmət göstərdilər, mən isə bundan mütləq fayda hasil edə bildim. Təkrar edirəm, mən Turində çox xoşbəxtəm və ümidvaram ki, bu xoş məqam gələcəkdə də davam edəcək”, deyə hücumçu vurğulayıb.

Xatırladaq ki, “Yuventus” Randal Kolo Muanini cari mövsümün sonuna qədər müddətə icarəyə götürüb. Randalın yarım illik icarəsi “Qoca sinyora”ya 3,6 milyon avro məbləğ müqabilində başa gəlib. Kolo Muani “byankoneri”nin heyətində “20” nömrə altında çıxış edir.

Randal Kolo Muani yeniyetməlik illərində “Vilpent”, “Tramble” və “Torsi” klublarında çıxış etdikdən sonra, “Nant”a yol tapıb və “bülbüllər”in heyətində böyük futbolda debüt edib. Ardınca “Bulyon”da icarə əsasında çıxış etmiş Kolo Muani daha sonra Frankfut “Ayntraxt”ının heyətində çıxışı ilə diqqət cəlb edib. PSJ 2023-cü iln sentyabr ayında fransalı futbolçunu 95 milyon avro məbləğ müqabilində “Ayntraxt”dan tamhüquqlu əsasda Paris klubunun düşərgəsinə qatıb. Kolo Muaninin Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kolo Muani PSJ üçün bütün yarışlarda 14 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kolo Muaninin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi 54 oyun, 11 qol və 7 məhsuldar ötürmədən ibarətdir.

Fransalı futbolçunun “Yuventus”da debütü isə uğurlu alınıb, Kolo Muani “qoca sinyora” üçün 4 oyunda 5 qol vurub.

Kolo Muani 2022-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 27 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Kolo Muaninin qənimətlər muzeyində PSJ ilə 2023/2024-cü illər mövsümündə qazandığı Fransa Liqa 1 çempionluğu, Fransa Kuboku və Fransa Super Kuboku var. Kolo Muani həmçinin “Nant”la Fransa Kubokunun (2021/2022) qalibi olub.

Transfermarkt internet-portalı 26 yaşlı fransalı mərkəz hücumçusu Randal Kolo Muaninin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Chosen
35
2
arena.az

10Sources