Münhen Texniki Universitetinin (TUM) alimləri müəyyən ediblər ki, interval orucu gənc siçovullarda mədəaltı vəzinin beta hüceyrələrinin yetişməsini və fəaliyyətini pozaraq şəkərli diabetin inkişaf riskini artırır.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Cell Reports" (CR) jurnalında dərc edilib.
İnterval orucu - bu xüsusi bir sxem üzrə qida qəbulu (qida pəncərələri adlanan) və oruc dövrlərinin növbə ilə dəyişməsini nəzərdə tutan bir həyat tərzi və qidalanma növüdür. Klassik sxem 24 saatdan 16 saat fasiləsiz oruc tutmağı nəzərdə tutur.
"Interval orucunun öz üstünlükləri var, o cümlədən maddələr mübadiləsinin yaxşılaşması, çəki itkisi və ürək xəstəliklərinin inkişaf riskinin azalması, lakin indiyə qədər onun yan təsirləri öyrənilməmişdir", deyə araşdırmanın müəlliflərindən biri, TUM professoru Aleksandr Bartelt izah edib.
Bu bilik boşluğunu doldurmaq üçün alimlər üç müxtəlif yaşlı - iki, səkkiz və 18 aylıq siçovullar üzərində təcrübə keçiriblər. Bu yaşlar insanın yeniyetməlik, yetkinlik və qocalıq dövrlərinə uyğun gəlir. Alimlər siçovulların mədəaltı vəzlərinin işinin on həftəlik interval orucu zamanı necə dəyişdiyini izləyiblər.
Tədqiqatçılar siçovullara iki gün ərzində azad qida qəbulu imkanı veriblər. Üçüncü gün isə oruc üçün nəzərdə tutuldu. Nəticədə, pəhriz yetkin və yaşlı siçovullarda bədən hüceyrələrinin insulinə həssaslığını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, bu da onlarda 2-ci tip şəkərli diabetin inkişaf ehtimalını azalıb.
Lakin "yeniyetmə siçovullarda" belə bir qidalanma zamanı müəyyən bir mərhələdə gənc siçovulların hüceyrələri inkişafını dayandırıb və insulin istehsal edən mədəaltı vəzinin beta hüceyrələri normal fəaliyyət göstərə bilməyib. Insulin hormonunun çatışmazlığı və ya orqanizmin onu düzgün istifadə edə bilməməsi şəkərli diabetin patogenezinin əsasını təşkil edir.
Komanda siçovullar üzərində aparılan təcrübənin nəticələrini insan toxumaları üzərində aparılan araşdırmanın nəticələri ilə müqayisə edib. Onlar müəyyən ediblər ki, 1-ci tip şəkərli diabet xəstələrində, beta hüceyrələri autoimmun cavab nəticəsində məhv olanlarda, hüceyrələrin yetişməsində oxşar pozuntular müşahidə edilib. Bu, göstərir ki, siçovullar üzərində aparılan yeni araşdırmanın nəticələri insanlar üçün də əhəmiyyətli ola bilər.
Samir