İspaniya təmsilçisi "Real"ın (Madrid) vingeri Vinisius Junior komandanı tərk edə bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Kral klubu" 24 yaşlı futbolçunu heyətdə saxlamaq istəsə də onun tələb etdiyi maaşı ödəməyi düşünmür.
Belə ki, braziliyalı oyunçu rəhbərlikdən illik 25 milyon avro məvacib istəyib. Lakin qarşı tərəf bu maaşı vermək istəmir.
Qeyd edək ki, Vinisiusun xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.