EN

Gələn kimi ultimatum verdi: “Bəlkə də çox adam düşünür ki...”

“Araz-Naxçıvan”ın yeni transferi Əyyub Allaş seçim edərkən hazırkı komandasının çıxışı və turnir cədvəlindəki mövqeyinə baxıb.

Görüb ki, Naxçıvan təmsilçisi təsadüf nəticəsində ikinci pillədə yer almayıb.

Komandanın sərgilədiyi təşkilatlanmış oyun sözün əsl mənasında ürək açır və kənardan yaxşı görünür.

27 yaşlı mərakeşli yarımmüdafiəçi “Araz-Naxçıvan”a keçidə razılıq verərkən bəzi məqamları göz önünə alıb:

“Əlbəttə, başlıca rolu Elmar Baxşıyev amili oynadı. Onunla “Qəbələ”dən tanışıq, rəhbərliyi altında çıxış etmişəm. İş prinsipinə, futbola və işə yanaşmasına bələdəm.

Digər məqam “Araz”ın öz zəhməti ilə bu yerlərə çatmasıdır. Bu komandanın bu gün ikinci yerdə olması bəxtə görə deyil.

Bəlkə də çox adam düşünür ki, “Araz” şans sayəsində yaxşı pillədə qərarlaşıb. Ancaq qətiyyən belə deyil, çəkilən zəhmətin nəticəsidir.

Qismət olsa, yeni komandamın heyətində avrokuboklarda iştirak etmək istəyərəm”.

2023-cü ilin yanvarından 2024-cü ilə qədər “Qəbələ”nin şərəfini qorumuş Allaş ötən ilin yayında Moldova “Şerif”i ilə 2 illik müqavilə bağlamışdı.

Lakin orada özünü xoşbəxt hiss etmədiyindən, Azərbaycana qayıtmağı qərara alıb.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
8
sportinfo.az

1Sources