EN

"Real" Vinisiusun tələbini rədd etdi -

“Real Madrid” və Vinisius Junior məvacib məsələsində razılığa gələ bilmir. Metbuat.az xəbər verir ki, futbolçu klubdan 25 milyon avro məvacib tələb edib. İddialara görə, rəhbərlik tələbi rədd edib. Bildirilir ki, klub rəhbərliyi futbolçular üçün maaş həddi tətbiq edib. “Real” heç bir futbolçuya görə, bu həddi keçmək istəmir.

Qeyd edək ki, bundan əvvəl, “Real”ın Vinisius Juniora yeni müqavilə təklif etdiyi barədə xəbərlər dərc edilmişdi. “The Athletic”də dərc edilən xəbərə görə, “Real” futbolçuya Kilian Mbappenin qazandığı kimi 15 milyon avro maaş təklif edib. Xəbərdə deyilir ki, Vinisiusun nümayəndələri Mbappenin 15 milyon avroluq məvacibindən əlavə gəlirlərinin olduğunu irəli sürərək, Vinisiusa da oxşar müqavilənin təklif edilməsini tələb ediblər. Vinisius Juniora Səudiyyə Ərəbistanı klublarından təklif olduğu barədə xəbərlər dərc edilib. Məlumata görə, futbolçu 5 illik təklifi qəbul edərsə, 1 milyard avro gəlir əldə edə bilər.

Chosen
2
1
metbuat.az

2Sources