EN

Argentina millisinə A Seriyasından debütant çağırılacaq - Skaloni anons etdi

Argentina millisinin baş məşqçisi, vaxtilə "Latsio" və "Atalanta"da ümumilikdə 7 mövsüm futbol oynayan Lionel Skaloninin İtaliya ilə əlaqələri güclüdür. 

Fanat.Az xəbər verir ki, bu üzdən rəhbərlik etdiyi yığmanın əhəmiyyətli hissəsini A Seriyasında top qovan futbolçulardan formalaşdıran (Niko Qonsales, Niko Paz, Paulo Dibala, Lautaro Martines və başqaları) çalışdırıcı İtaliya liqasından daha bir futbolçuya dəvət göndərib. 

"Goal" onun bu barədə açıqlamasını belə təqdim edib: "Radarımızda A Seriyasından gənc oyunçular varmı? Bəli, biz həmişə nəsil dəyişikliyi haqqında düşünürük. Sizə yeni xəbər çatdırım: təxminən iyirmi gün sonra açıqlayacağımız növbəti siyahıda A Seriyasından yeni gənc oyunçu olacaq. Bu, sürprizdir, tezliklə özünüz görəcəksiniz".

Xatırladaq ki, Lionel Skalonun rəhbərliyi altında Argentina millisi DÇ-2022-nin qalibi olub.

Mirağa

Chosen
3
fanat.az

1Sources