EN

Oyunu yarımçıq dayandıran klubların cəzası sərtləşdirilib

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi oyunu yarımçıq dayandıran klubların cəzasını sərtləşdirib.

İdman.biz xəbr verir ki, xal silmə cəriməsi 3-dən 9-a yüksəldilib.

Çıxarılan qərara görə, meydanı tərk edən komandanın futbolçuları 5-10 oyunluq, klubun rəhbərliyi ilə isə 1 illik cəzalara məruz qalacaqlar. Bundan başqa 20-100 milyon Türkiyə lirəsi cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, Türkiyə Super Liqasının son turunda "Adana Dəmirspor" hakim qərarlarına etiraz olaraq, meydanı tərk edib.

İdman.biz

Chosen
54
idman.biz

1Sources