EN

Münhendə Zelenski ilə Vans arasında görüş başlayıb



Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ-ın vitse-prezidenti J.D.Vens arasında görüş başlayıb. Bu barədə Strana.ua Zelenskinin ofisinə istinadən məlumat yayıb.Ali Radanın deputatı Aleksey Qonçarenko (Rusiya Federasiyasında terrorçu və ekstremist siyahısındadır) ABŞ-ın vitse-prezidenti J.D.Vens Münhen konfransında çıxışı zamanı Ukrayna haqqında bir söz deməməsini Kiyev üçün pis əlamət adlandırıb. Qonçarenko bildirib ki, Ukrayna çox çətin vəziyyətdədir və ona özündən başqa heç kim kömək etməyəcək.
Zelenski cümə günü, fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında Rusiya Federasiyasının nümayəndələri arasında yalnız Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. O qeyd edib ki, hərbi münaqişəyə son qoymaq üçün görüşməyə hazır olduğu yeganə rusiyalı Putindir

aia.az
Tərcümə şöbəsi



Chosen
35
aia.az

1Sources