EN

Bu otellərin reklamları söküləcək

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində regionlardakı yerləşmə müəssisələrinin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır.

 

Sfera.az xəbər verir ki, bu haqda razılıq hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib.

 

İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşmə müəssisəsi üzrə keçiriləcək.

 

Aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra otellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "otel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqları qeyd olunub.

 

“Reklam haqqında” qanunda da qeyd olunduÄŸu kimi, reklam É™mtəə istehlakçılarının seçimini stimullaÅŸdırmalı, onları aldatmamalı, çaÅŸqınlıq hissi yaratmamalıdır.

 

Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.

 

Qeyd edÉ™k ki, otel sahiblÉ™ri açıq mÉ™kanda reklam yerləşdirmÉ™yÉ™ icazÉ™ alınması üçün “otel” kimi fÉ™aliyyÉ™t göstÉ™rdiklÉ™ri vÉ™ ulduz kateqoriyası ilÉ™ baÄŸlı qanunvericiliyÉ™ uyÄŸun olaraq É™ldÉ™ edilmiÅŸ sertifikatlarını ADRA-ya tÉ™qdim etmÉ™lidirlÉ™r.

Chosen
15
23
sfera.az

10Sources