Ermənistan Azərbaycanın 1,1 milyon hektardan artıq sahəsini 1 milyondan artıq tank və piyada əleyhinə minalarla, eləcə də, digər partlamamış hərbi sursatlarla çirkləndirib.
"Report" xəbər verir ki, bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov ittiham aktının nəticəvi hissəsini elan edən zaman deyib.
O bildirib ki, Ermənistan tərəfi müharibə gedişində ərazilərin minalanması, mina partlayışı yolu ilə təcavüzün davam etdirib.