EN

​“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb

“Unibank” ASC-nin 2024-cü ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 40 milyon 821 min manat təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, valyuta.az bu barədə bankın hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 41% və ya 28 milyon 396 min manat azdır.

2023-cü ildə “Unibank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 69 milyon 217 min manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə “Unibank”ın aktivlərinin həcmi 1 milyard 759 milyon 725 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10,6% və ya 169 milyon 66 min manat çoxdur.

“Unibank” Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq “MBank” adı altında təsis edilmiş ən iri özəl banklarından biridir. “MBank” ilə Azərbaycanın aparıcı banklarından biri olan “PROMTEXBANK”ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də “Unibank”a dəyişdirilib.

Bankın nizamnamə kapitalının həcmi 138 milyon 200 min manatdır.

Chosen
26
4
nocomment.az

5Sources