EN

Darmadağın olan “Monako” 3-cü pilləni də əldən verdi - İCMAL

Fransada turun mərkəzi oyununda nəhənglərdən PSJ “Monako”un qəbul etdi. Amma gərgin və intriqalı oyun gözləyən azarkeşlərin ümidləri doğrulmadı.

Parislilərin baş məşqçisi Luis Enrike üç mərkəz müdafiəçisinin (Markinyos, Paço, Mendeş) olduğu sxem seçmişdi. Komandalar ilk 20 dəqiqədə hərəyə bir qol vurandan sonra meydanda nisbi sakitlik yarandı. Daha doğrusu, PSJ hücumları sıralayır, “knyazlar” arabir əks-hücum qururdu. Komandalar fasiləyə bərabərliklə yollandı. 2-ci hissə başlayan kimi topa nəzarəti artıran parislilər 3 dəqiqə intevalla iki qol vurdu.

Əvvəlcə Kvaratsxeliya Fransa çempionatında qol hesabını açdı, ardından uzaq dirək önündə “növbə çəkən” Dembele fərqi artırdı. Oyunun belə axarından narazı qalan “Monako”nun baş məşqçisi Adi Hütter üçlü dəyişikliyə əl atdı. Oyunun axarını müəyyən mənada dəyişmək mümkün olsa da, qol yenə qonaqların qapısına vuruldu. Dembele son dəqiqədə komandasının 4-cü qolunu vurmaqla bombardirlər yarışındakı mövqeyini bir qədər də möhkəmləndirdi.

Bu məğlubiyyət “Monako”ya 3-cü pilləni itirmək bahasına başa gəldi. Ona görə ki, “doğma divarlar” arasında “Lans”ı məğlub edən “Nitsa” həmin mövqeyə yüksəldi. Düzdü, “Nitsa” “Monako”dan yalnız əlavə göstəricilərdə üstündü.

2-ci yerdə isə hələ “Marsel” qərarlaşıb. “Anje”nin qonağı olan cənublular 2-ci hissədə iki qol vurdu. Təbii ki, çempionluqla bağlı hansısa intriqadan danışmağa dəyməz. “Marsel” hazırda PSJ-dən 10 xal geridədi.

Turun ən gözlənilməz nəticəsi “Lill” – “Havr” oyununda qeydə alındı. Aşkar favorit sayılan “şimallı itlər” təsəlli qolunu 7-ci uzatma dəqiqəsində vura bildi. “Havr” son 10 oyunda ilk qələbəsini qazandı.

Turun qalan oyunlarına gəlincə, “Nant” evdə “Brest”ə 0:2 hesabıyla uduzdu. Səfərdə “Sent-Etyen”ə eyni hesabla qalib gələn “Renn” Liqa 1-də 4 oyunluq məğlubiyyət seriyasını qırdı.
Turun ən böyükhesablı qələbəsini “Reyms”in qapısından 4 cavabsız qol keçirən “Lion” qazandı. “Oser” – “Tuluza” oyununda da 4 qol vuruldu. Sadəcə, komandalar hərəyə iki dəfə fərqləndi. Səfərdə “Strasbur”a 0:2 hesabıyla uduzan “Monpelye” “Havr”ın sürpriz qələbəsi fonunda sonuncu pilləyə yuvarlandı.

21-ci tur
PSJ – Monako 4:1

Vitinya, 6. Kvaratsxeliya, 54. Dembele, 57; 90 – Zakariya, 17. (45000)
PSJ: Donnarumma, Paço, Markinyos, Mendeş, Due (Li Kan İn, 63), Neveş, Vitinya, Ruis, Barkola (L.Ernandes, 63), Kvaratsxeliya (Ramuş, 67), Dembele.
Monako: Mayetski, Vanderson, Kerer, Mavissa, Enrike (Diatta, 76), Maqassa (Əl-Musrati, 62), Zakariya, Akliuş, Biret (Ben Seqir, 63), Minamino (Qolovin, 63), Embolo (Mişal, 85).

Anje – Marsel 0:2
Rabyo, 69. Mope, 74. (17325)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kornelius, Enrike, Bennaser (Kondoqbia, 65), Heybyerq, Merlen (Mope, 59), Qrinvud (Nadir, 75), Rabyo, Quiri (Dediç, 75).

Nitsa – Lans 2:0
Lyabord, 10-p. Kloss, 64. (22586)

Lill – Havr 1:2
Ekpom, 90+7 – Hassan, 38. Sumare, 56. (39515)

Nant – Brest 0:2
Ajork, 9. Les-Melu, 90+6. (25050)

Sent-Etyen – Renn 0:2
Kalimuendo, 15. Naqida, 85. (30385)

Lion – Reyms 4:0
Talyafiko, 36. Tolisso, 68. Şerki, 79. Mikautadze, 90+3. (43489)

Oser – Tuluza 2:2
Jubal, 62. Traore, 73 – Kressuell, 68. Ecuma, 89. (15801)

Strasbur – Monpelye 2:0
Emeqha, 45+2. Nanasi, 69. (19042)

1. PSJ 21 16 5 0 58-20 53
2. Marsel 21 13 4 4 45-25 43
3. Nitsa 21 10 7 4 41-26 37
4. Monako 21 11 4 6 37-28 37
5. Lill 21 9 8 4 34-22 35
6. Lion 21 9 6 6 36-26 33
7. Lans 21 9 6 6 25-20 33
8. Brest 21 10 1 10 33-36 31
9. Strasbur 21 8 6 7 35-32 30
10. Tuluza 21 7 6 8 23-24 27
11. Oser 21 6 6 9 29-35 24
12. Renn 21 7 2 12 29-30 23
13. Anje 21 6 5 10 22-31 23
14. Reyms 21 5 7 9 26-33 22
15. Nant 21 4 9 8 24-32 21
16. Sent-Etyen 21 5 3 13 19-45 18
17. Havr 21 5 2 14 17-40 17
18. Monpelye 21 4 3 14 20-48 15

Bombardirlər: Dembele (PSJ) – 16, Qrinvud (Marsel) - 13, Devid (Lill) - 12, Barkola (PSJ) – 11.

Turun rəqəmi
3 – “Monako”ya qalib gələn PSJ mövsümün əvvəlindən bəri davam edən məğlubiyyətsiz oyunlar seriyasını uzatdı. Paytaxt klubu 21 oyunun 16-da qalib gəlib, 5-də heç-heçə edib. PSJ tarixində 3-cü dəfə belə nəticəyə nail oldu. 1985/86, 2015/16 mövsümlərində də ilk 21 turda məğlubiyyət qeydə alınmamışdı.

Turun ulduzu
Usman Dembele (PSJ) – inanılmaz forma yığan forvard son 7 oyunun yalnız birində meydanı qolsuz tərk edib. Mbappenin gedişindən sonra PSJ-nin aşkar lideridi. Cari mövsümdə 4 dublu, 1 het-triki var. Bombardirlər siyahısına başçılıq etməsi təsadüf deyil.

Turun sitatı
Adi Hütter, “Monako”nun baş məşqçisi:
“Məğlubiyyətdən sonra həmişə məyusluq gəlir. Bu oyunu ilk yarıda, hədsiz çox qol imkanını əldən verəndə uduzduq. Rəqib nə dərəcədə güclü olduğunu göstərdi. 1:4 reallıqdı. 5 dəqiqə ərzində iki qol buraxdıq, top əlimizdə olanda da çoxlu səhvə yol verdik. PSJ indi başqa səviyyədədi, Luis Enrike qeyri-adi məşqçidi. PSJ-yə Çempionlar Liqasında uğur arzulayıram. Bu komanda turnirdə qələbəyə əsas namizədlərdəndi. Bəlkə də hazırda Avropanın ən yaxşı komandasıdı. PSJ xüsusən də hücumdakı keyfiyyətləri ilə istənilən rəqibə təhlükə yaradır”.

1Sources