Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb.
OXU24.COM xəbər verir ki, görüş Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Rubionun ABŞ dövlət katibi kimi Fidanla ilk görüşündə tərəflər Suriya və Qəzzadakı son durumu müzakirə ediblər.
Onlar Şərqi Avropakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.