EN

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışın qalibi oldular

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı layiqincə doğruldublar.

Futbolpress.az xəbər verir ki, U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində final görüşünə çıxıblar. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Türkiyə təmsilçilərinə 3:2 hesabı ilə qalib gələn Azərbaycan idmançıları baş mükafata layiq görülüblər.

Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

Chosen
11
5
futbolpress.az

8Sources