Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynadakı böhranın uzunmüddətlihəllinə nail olmağa çalışır ki, münaqişə bir neçə ildən sonrayenidən alovlanmasın.
Trend-in məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Cey DiVens bildirib.
"Prezident Trampın da qeyd etdiyi kimi, əsas məqsəd budur: Bizmüharibənin bitməsini, qətllərin dayandırılmasını istəyirik", -deyə o, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində VladimirZelenski ilə görüşü zamanı bildirib.
"Amma biz bir-iki ildən sonra Şərqi Avropada münaqişəyə səbəbolacaq sülhə deyil, davamlı, uzunmüddətli sülhə nail olmaqistəyirik", - deyə vitse-prezidenti əlavə edib.
Vitse-prezident münaqişənin həlli üçün danışıqlara ehtiyacolduğunu da qeyd edib.