EN

Zəhərli tortla ailəsini qətlə yetirmişdi - Kamerada ölü tapıldı

Braziliyada Milad bayramı münasibətilə hazırladığı tortun içərisinə arsen qoyan 61 yaşlı qadın iki bacısı və qardaşı oğlunun ölümünə səbəb olub. Ailənin arsenli tortun qurbanı olmasının ardınca həbs olunan şübhəli həbsxanadakı kamerasında ölü tapılıb.

HİT.az xəbər verir ki, Braziliyada ailəsini arsen qoyduğu tortla öldürdüyü iddiası ilə həbs olunan Deise Moura dos Anjosun cansız bədəni hücrəsində aşkarlanıb.

42 yaşlı qadının tək olduğu, polisin ölümü intihar kimi qiymətləndirdiyi bildirilib.

Milad bayramı münasibətilə toplanan qonaqlarına içərisinə yüksək miqdarda arsen qoyan Anjos iki bacısı və qardaşı oğlunun ölümünə səbəb olub. Tortu yeyən 43 yaşlı Tatiana Denize Silva dos Anjos, 58 yaşlı Maida Berenis Flores da Silva və 65 yaşlı Neuza Denize Silva dos Anjos həyatını itirərkən, tortu hazırlayan Anjos 10 yaşlı qardaşı oğlu və bir ailə üzvü də xəstəxanaya yerləşdirilib.

Polis tərəfindən edilən açıqlamada 23 dekabrda baş verən hadisədə həyatını itirənlərin otopsi nəticələrində, üçünün də bədənlərində bulantı, qusma və ishalə səbəb olan və olduqca güclü zəhər kimi tanınan arsen aşkar edildiyi qeyd olunub.

Samir


 

Chosen
13
hit.az

1Sources