Bu arada Belarusun Əmək Nazirliyi ilk nikaha girən belarusların orta yaşını açıqlayıb.
SİA-nınəldə etdiyi məlumata görə, bu barədə BelTA yazır. Deməli, nazirlikdən verilən xəbərdə qeyd ediblər ki, demoqrafik göstəricilərin yaxşılaşması ilə məhz gənc ailələr bağlıdır.Belarusda ər-arvaddan birinin yaşı 31-dən az olan ailə gənc ailə hesab olunur.
Ancaq doxsanıncı illərin əvvəlində ilk dəfə evlənən belarus gəlinlərinin orta yaşı 22,4 il idisə, 2023-cü ildə artıqbu göstərici 26,5 yaşa qalxıb.
Bu gün bəylərin yaşı da artıq 28,8 ildir.
Qeyd edək ki, bunu Əmək Nazirliyinin Əhali, Gender və Ailə Siyasəti İdarəsinin rəisi Svetlana Belaş bildirib.
Nazlı Almuradova