Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında Rusiya nümayəndələri arasında yalnız ölkə lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Bu haqda “Strana.ua” məlumat yayıb.
“Mən ruslarla görüşməyəcəyəm. Mən bir rusiyalı - Putinlə görüşməyə hazıram”, - Zelenski deyib.
Onun sözlərinə görə, o, ABŞ Prezidenti Donald Trampla birlikdə müharibəni dayandıracaq plan hazırlandıqdan sonra belə bir görüşə hazır olacaq.
"Cebheinfo.az"