EN

Amorim: "Postekoqludan daha böyük klubda işləyirəm"

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 25-ci turunda "Tottenhem"lə matçdan öncə açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında komandasının London təmsilçisi ilə müqayisə olunmasından danışıb:

"Mən Ange Postekoqlunun işinin böyük pərəstişkarıyam. Bilirəm, bizim komandalarımız ortaq cəhəti nədir - biz matçlarda qalib gəlmirik. Amma hörmətlə yanaşaraq deyirəm ki, mən daha böyük klubda işləyirəm. Burada mənə daha çox təzyiq olunur".

Qeyd edək ki, "Tottenhem" - "Mançester Yunayted" matçı fevralın 16-sı, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Bizim.Media

Chosen
4
1
bizim.media

2Sources