EN

Fransa klubu 41 yaşlı braziliyalısı ilə bağlı qərarını verdi - RƏSMİ

41 yaşlı müdafiəçi Dante "Nitsa" ilə müqaviləsinin müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, məlumatı Fransa klubunun mətbuat xidməti yayıb. 

Bildirilib ki, tərəflər bir mövsümlük yeni müqaviləsi imzalayıb.

Xatırladaq ki, braziliyalı oyunçu 2016-cı ilin avqustundan "Nitsa"nın rənglərini qoruyur.

"Transfermarkt" Dantenin bazar dəyərini 500 min avro qiymətləndirir. 
Braziliyalı bu mövsüm Liqa 1-də 15 matçda iştirak edib, 5 sarı vərəqə alıb. 
Fransa çempionatının 21 turundan sonra "Nitsa"nın 37 xalı var və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komanda lider PSJ-dən 16 xal geri qalır.

 

Chosen
18
fanat.az

1Sources