EN

Putin-Tramp danışıqları Avropa üçün arxadan zərbə olacaq – Litvanın Baş naziri

Putin-Tramp danışıqları Avropa üçün arxadan zərbə olacaq.

İnterpress.az xəbər verir ki, bunu Litvanın Baş naziri Qintautas Palutskas deyib.

Baş nazirin sözlərinə görə, ABŞ Ukraynadakı münaqişənin həlli üçün səylər göstərir, lakin onlar hətta Avropadan soruşmağı unudublar.

O əlavə edib ki, Avropa müdafiənin maliyyələşdirilməsi ilə bağlı “hər hansı qəti qərarlar qəbul etmədiyinə görə” hətta buna layiq ola bilər.

Qintautas belə bir nəticəyə gəlib ki, belə bir “arxadan təpik” Avropanı “ayılda bilər” və ona öz məsələlərinə daha ciddi yanaşmalı olduğunu eşitdirə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
6
interpress.az

1Sources