EN

Fidan və Rubio ilk dəfə üz-üzə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan 61-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Metbuat.az xəbər verir ki, Fidan və Rubio ilk dəfə üz-üzə görüşüb. Məlumata görə, görüş zamanı Suriyadakı vəziyyəti və Qəzzada baş verənlər müzakirə edilib. Qeyd olunub ki, görüşdə Fidan və Rubio Ukrayna məsələsi ilə bağlı da fikir mübadiləsi aparıblar. Fidan görüşdə Rubioya bölgə ölkələrinin İŞİD terror təşkilatı ilə mübarizədə ata biləcəyi addımlar barədə Türkiyənin fikirlərini çatdırıb.

Qəzzada daimi atəşkəsin əhəmiyyətini vurğulayan Fidan bildirib ki, regional sülhə nail olmaq üçün İsrail-Fələstin problemi həll edilməlidir.

Chosen
8
metbuat.az

1Sources