EN

Hadisə serialdan sərvət qazandı - Gəliri açıqlandı

Türkiyəli məşhur müğənni Hadisə IMDB-də ən aşağı reytinq alan seriallardan biri olan "Esas Oğlan"dan böyük gəlir əldə edib.

 

Milli.Az xəbər verir ki, Seda Bakan, Şükrü Özyıldız və Serhat Teoman ilə birlikdə rol aldığı bu 8 seriyalı serial, həddindən artıq ədəbsiz səhnələri və aşağı keyfiyyəti səbəbindən tənqid atəşinə tutulub.

 

Buna baxmayaraq, Hadisənin layihədən tam 10 milyon TL qazandığı məlum olub.

 

IMDB-də cəmi 2.1 bal toplayan serial "Sihirli Annem" remeykindən sonra ən pis ikinci rəqəmsal platforma serialı seçilib.

 

Xatırladaq ki, Hadisə isə bir müddət əvvəl serialın rejissoru ilə münasibətdə olduğunu açıqlamışdı.

Tarix: 14 Fevral 2025, 23:53   
Chosen
26
4
pravda.az

5Sources