Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Avropa ölkələrinin başçılarını maralla müqayisə edib.
hakimiyyet.az lenta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında bildirib.
Siyasətçinin fikrincə, Avropa liderləri özlərini avtomobil fənərlərinin işığına tuş gəlmiş marallar kimi aparmamalıdırlar.
O vurğulayıb ki, Qərb ölkələrinin özləri mövcud böhranı həll etməyə qadir beynəlxalq prosesin subyektləridir və tükürpədici qorxu onları iflic etməməlidir.