EN

"Mənim Elza adlı bacım yoxdur" - Video

Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan onunla aralarında yaşanan qalmaqaldan danışıb.

"Bir gün" verilişinə danışan Lalə müğənnini bacılıqdan sildiyini deyib:

"Bacım mənimlə danışmırsa, canı sağ olsun. Bacıma qarşı qəlbimdə min qırıqlıq var. Qırılan bir şeyi necə düzəltmək olar?Biz bir daha Elza Seyidcahanla əvvəlki kimi ola bilmərik. Rəfiqələrinin sözü ilə belə etdi. Biz bir ata, ananın övladlarıyıq. Necə rəfiqə sözü ilə bunu edərsən? Ölsəm də yasıma gəlməsin. Hazırda mənim üçün ölüdür. Mənim kimi bacını belə etdi. Artıq mənim elə bacım yoxdur. Mənim elə bacım ola bilməz".

Qeyd edək ki, Elza və bacısı Lalə uzun müddətdir küsülüdür. / Axşam.az

Chosen
6
6
show.az

7Sources