EN

Evdə əri ilə ölü tapılan Aytən 8 aylıq hamilə imiş - VİDEO

Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində ailə faciəsi baş verib.

Titul.az xəbər verir ki, fərdi evdə yaşayan Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.

Onların dəm qazından zəhərlənib öldüyü bildirilir.

Yaxınlarının sözlərinə görə, Aytən Qurbanova iki həftə sonra ana olacaqmış.

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.

Məlumata görə, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı “Xezerxeber.az”ın videomaterialında:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
62
14
titul.az

10Sources