EN

Nigeriyada ağır yol qəzası: Onlarla ölü və yaralı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nigeriyanın şimalında baş verən yol qəzasında azı 23 nəfər ölüb, 48 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat verib.
Kano şəhərində yük yerində insanların olduğu nəqliyyat vasitəsi yerüstü keçiddən aşıb.
Yol polisi nümayəndəsinin sözlərinə görə, hadisəyə səbəb yüksək sürət olub.
Qeyd edək ki, ötən il Nigeriyada 9 570 yol qəzası qeydə alınıb, nəticədə 5 421 nəfər ölüb.
Chosen
100
50
oxu.az

10Sources