EN

Almaniyada misli görünməmiş bank soyğunu: 10 milyon avro rahatlıqla oğurlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyanın Lцbek şəhərində ölkə tarixinin ən cəsarətli bank soyğunlarından biri baş verib. Cinayətkarlar "Deutsche Bank"ın yerli filialının saxlanclarına daxil olaraq 326 seyfi boşaldıblar. Ümumilikdə 10 milyon avro dəyərində nağd pul, qızıl və qiymətli kağızlar oğurlanıb.
Oxu.Az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir.
Soyğunçular hadisəni əvvəlcədən dəqiq planlaşdırılmış sxem üzrə həyata keçiriblər. Onlar əvvəlcədən bankda seyf icarəyə götürərək zirzəmi bölməsinə çıxış əldə ediblər. Təyin olunmuş gün cinayətkarlar bankın daxilində gizlənərək filialın bağlanmasını gözləyiblər. Gecə boyu seyfləri maneəsiz açan dəstə, qənimət dolu çantaları avtomobilə yerləşdirərək izlərini itiriblər.
Məlum olub ki, bankın saxlanclarında nə videomüşahidə kameraları, nə də hərəkət sensorları mövcud olub. Bu isə soyğunçuların işini xeyli asanlaşdırıb. Hadisədən sonra "Deutsche Bank" təhlükəsizlik tədbirlərini gücləndirsə də, zərərçəkmiş müştərilərə kompensasiya ödəməkdən imtina edib. Bu qərar isə ictimaiyyətdə kəskin narazılığa səbəb olub.
Polis hadisə ilə bağlı istintaqı davam etdirir, lakin cinayətkarlar hələ də tapılmayıb. Bank rəhbərliyi isə məsələ ilə bağlı hər hansı açıqlama verməkdən imtina edir.
Chosen
59
1
oxu.az

10Sources