EN

Təyyarə ər-arvadın davasına görə ENMƏLİ OLDU

Antalyadan Astanaya uçan təyyarə ukraynalı cütlüklə qadınlar arasında davaya görə Türkiyənin Ərzurum şəhərində məcburi eniş edib.

News24.az bildirir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb. 

Uçuşun ilk dəqiqələrində sərnişinlər arasında mübahisə başlayıb. Ukraynalı cütlüklə qazaxıstanlı qadınlar arasında mübahisə davaya çevrilib və hətta stüardessalar da kütləni sakitləşdirə bilməyiblər. Bundan sonra pilot təcili eniş edib.

Təyyarə eniş etdikdən sonra hadisə yerinə gələn polis 4 nəfəri saxlayıb. Ukraynalı cütlük və onların  Qazaxıstandan olan iki rəqibi bir-birindən şikayət edib.

Zəhraxanım Şeydayeva

Chosen
35
news24.az

1Sources