EN

Meksikalı fermerlərin dəhşəti: Mifik çupakabra qayıdıb və mal-qaranı məhv edir

Meksikanın Koauila ştatının Saraйosa bələdiyyəsində yerli fermerlər ev heyvanlarının sirli ölümləri ilə üzləşiblər. Bir həftə ərzində naməlum yırtıcı 20-dən çox heyvanı öldürüb, sahiblərini qorxu və çaşqınlıq içində qoyub. Bir çoxları əmindir ki, hücumların arxasında Şimali və Cənubi Amerika folklorunda "keçi vampiri" kimi tanınan əfsanəvi varlıq - məşhur çupakabra dayanır.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Need To Know" xəbər verib.

Yerli inanca görə, çupakabra heyvanlara hücum edir və onların qanını sorur.

Tədqiqatçılar bu varlığın uydurma olduğunu düşünsələr də, sakinlər onun görünməsi barədə mütəmadi məlumat verirlər. İlk hadisədə fermer tövlədə adi yırtıcıların yaratdığı yaralara bənzəməyən qəribə yaralarla 12 ölü qoyun aşkar edib. Bir neçə gün sonra başqa bir fermada oxşar hücum baş verib və nəticədə daha 12 keçi tələf olub.

Maraqlıdır ki, gözətçi itlər sanki təcavüzkarın varlığını hiss etməyiblər və heç hürməyiblər.

Müstəntiqlər hücumların arxasında koyotlar və ya vəhşi it sürülərinin ola biləcəyini güman etsələr də, fermerlər çupakabranın əli olduğuna əmindirlər. Yerli əhalini qorxu və panika bürüyüb, çünki əfsanələrə görə, bu qaniçən məxluq təkcə heyvanlar üçün deyil, insanlar üçün də ciddi təhlükə təşkil edir.

Chosen
30
hakimiyyet.az

1Sources