"Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib".
Bizim.Media xəbər verir ki, bu barədə “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb.
“Münhendə ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə müvafiq sənəd verib. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi”, - deyə jurnalist bildirib.
Roqin Zelenskinin sözügedən sazişi imzalamaqdan imtina etdiyini qeyd edib.
Xatırladaq ki, Donald Tramp göstərilən yardımların qarşılığı olaraq Ukraynanın mineral ehtiyatlarından istifadə etmək istədiyini açıqlamışdı.
Bizim.Media