EN

Yanğından mühafizə fəaliyyəti ilə məşğul olan bəzi müəssisələrin lisenziyaları ləğv edilib

Yanğından mühafizə fəaliyyəti ilə məşğul olan bəzi müəssisələrin lisenziyaları ləğv olunub

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Nəzarət ölçü cihazları və avtomatika” və “Gözcü güvənlik” məhdud məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növü üzrə lisenziyanın şərtlərinə əməl etmədikləri ortaya çıxıb.

Araşdırmalar zamanı sözügedən müəssisələrin fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislər və işçi heyətlə, avadanlıqlarla, eləcə də maddi-texniki baza ilə təmin edilmədiyi aşkarlanıb.

O da vurğulanıb ki, ciddi qanun pozuntulara yol verən yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur. Bu da öz növbəsində yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən sözügedən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

Chosen
11
49
apa.az

10Sources