EN

Sumqayıt Dövlət Universitetində “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılış mərasimi keçirilib

Sumqayıt Dövlət Universitetində Koreya "Eximbank", Asiya İnkişaf Bankı (AİB), "Ars Praxia", Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələrinin iştirakı ilə Asiya İnkişaf Bankı – Koreya Respublikası "Birgə Məsləhətçi Bilik Mübadiləsi Proqramı" (KSP) çərçivəsində icra olunan “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi – Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsinin açılış mərasimi keçirilib.

İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbiri SDU-nun rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqov, Koreya "Eximbank"ın baş direktoru Hvanvu Kim və AİB-nin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal giriş sözləri ilə açaraq keçirilən layihənin SDU və Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələri üçün əhəmiyyətini vurğulayıblar. Daha sonra Koreya "Eximbank"ın baş məsləhətçisi Ceongah Seo KSP barədə, AİB-nin baş layihə məsləhətçisi Səbinə Yusifova isə "Ali təhsildə innovasiyanın inkişafı: AİB və Koreya Respublikasının Azərbaycana dəstəyi" mövzusunda təqdimat edib. Bundan əlavə, KAIST-in professoru Seung Hun Han "KSP-AİB Azərbaycan layihəsinin SDU-ya yönəlmiş icra planı" mövzusunda danışıb. Sonda SDU-nun rektoru vəzifəsini icra edən Əminağa Sadıqov, Koreya "Eximbank"ın baş direktoru Hvanvu Kim və AİB-nin ölkə üzrə direktoru Sunniya Durrani-Camal dəstək memorandumunu imzalayıblar. Qeyd edək ki, layihə çərçivəsində SDU-ya fokuslanaraq Azərbaycanın ali təhsil müəssisələrinin tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və sahibkarlıq proqramlarının inkişaf etdirilməsi üçün onların potensialının artırılması nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində Koreya universitetlərinin uğurlu təcrübəsindən istifadə olunacaq.

Chosen
19
2
apa.az

3Sources